Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna mütləq NATO-ya üzv olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib.
O qeyd edib ki, heç bir ölkə öz ərazisində müharibə olduğu halda alyansa qoşula bilməz. Ukraynaya gəlincə, hərbi əməliyyatlar başa çatdıqdan sonra həmin ölkənin NATO-ya daxil olmasına heç bir şübhə yoxdur. Söhbət Ukrayna dövlətinin məhz nə vaxt alyansa üzv olacağından gedir, Bayden deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin artıq uduzub və indi onun “bu vəziyyətdən necə çıxmaqla bağlı real problemi var”.
80 yaşlı Amerika lideri vurğulayıb ki, onun Ukraynadakı müharibədə qalib gəlməsinin heç bir yolu yoxdur.