Kremlə və Belqorod vilayətinə edilən hücumlar Moskvanı sərt reaksiyaya təhrik etmək cəhdləridir.
APA xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (BİF) plenar iclasında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiyanın cavabı sakit olacaq.
“Rusiya ərazisinə hücumlar davam edərsə, “sanitar dəhliz” yaratmaq imkanları nəzərdən keçiriləcək”, – deyə Putin bildirib.


























