Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək.
Çox güman ki, bu, Ukrayna silahlı qüvvələri Krıma daxil olanda baş verəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Ukrainskaya pravda”nın köşə yazısında yazır.
“Düşünürəm ki, Putinin son aylarda gördüyü hər şey qırmızı düyməni basmağa hazırlaşır. Bəzilərinin Ukraynanın hücumuna şübhə ilə yanaşmasına baxmayaraq, Moskva dəqiq bilir ki, Ukrayna silahlı qüvvələrinin hazırkı imkanları ilə onları qəti şəkildə dayandırmaq olmaz. 100 kilometr eni olan Azov dəhlizi və gec-tez onların müdafiəsi pozulacaq”, – Saakaşvili bildirib.