image-368261_res_00backend

Putin Paşinyana xəbərdarlıq etdi: Azərbaycanla razılaşmalar yerinə yetirilməlidir

image-reklam_sirab_01

Rusiya Dağlıq Qarabağda sabitliyin təmin olunması üçün vasitəçilik səylərini davam etdirəcək.

Veteninfo.az  xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında cümə axşamı baş tutan telefon danışığının yekunlarına dair Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyin təmin edilməsinə yönəlmiş fəal vasitəçilik səylərini davam etdirəcək”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki