image-putinbackend

Putin Paşinyanla görüşdü-TELEFONDA

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat xidmətinin yasydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Telefon danışığı zamanı Putin və Paşinyan ilk olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparıblar. Damışıq zamanı Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli əlaqələndirilmiş hərəkətləri qeyd edilib.. Eyni zamanda Putin və Paşinyan 10 noyabr üçtərəfli  razılaşmaya uyğun olaraq, Azərbaycanın Xankəndi şəhərində yerləşdirilmiş  sülhməramlı kontingentin fəaliyyətini, Azərbaycan-Ermənistan arasında dövlət sərhəddində baş verən hadisələri, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış sazişlərin icrasının bəzi məsələləri müzakirə edilib. .

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki