image-5backend

Putin: “Şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq”

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin bütün şərtlər yerinə yetirildiyi təqdirdə dərhal Qara dəniz Taxıl Dəhlizi Sazişinə qayıdacaqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Qara dəniz taxıl dəhlizi sazişini dəyərləndirib.

Qərb ölkələrinin “küstax” yanaşmasına baxmayaraq Rusiyanın razılaşmanın müddətini dəfələrlə uzatdığını bildirən Putin deyib:

“Biz gözləyirdik ki, xarici həmkarlarımız razılaşdırılmış və təsdiq edilmiş şərtlərə tam əməl etməyə başlayacaqlar, lakin bu baş vermədi”.
Müqavilənin ləğv edilməsində Qərb ölkələrinin məsuliyyət daşıdığını bildirən Putin Rusiyanın yoxsul ölkələrə pulsuz gübrə göndərmə səyinə də Qərb dövlətləri tərəfindən mane olunduğunu bildirərək, “Müqavilə indiki formada mənasını itirib” deyib.

“Rusiyanın müqavilənin davam etdirilməsi üçün müxtəlif şərtləri var. Qida və gübrə xidmətləri göstərən Rusiya bankları və maliyyə qurumları ilə Rusiya taxıl məhsullarının beynəlxalq bazarlara daşınması və Rusiyaya qarşı kənd təsərrüfatı alətləri və avadanlıqlarının daşınmasının qarşısındakı maneələr götürülməlidir”, -deyə Putin vurğulayıb.

Rusiya gəmilərinin sığorta məsələsinin də həll edilməsi vacibliyinə işarə edən Putin “Son olaraq Rusiyanın razılaşmaya qayıtmasının əsas şərti sazişin humanitar mahiyyətinin bərpasıdır. Əgər əvvəllər razılaşdığımız bütün bu şərtlər yerinə yetirilərsə, biz dərhal bu razılaşmaya qayıdacayıq” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image