image-gorusbackend

Putin və Əliyev arasında telefon danışığı

image-reklam_sirab_01

Prezident İlham Əliyev oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. Azərbaycan prezidenti Putini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. 

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq iki ölkə arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib. (Azərtac)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki