image-4444backend

“Putin yalnız Ərdoğandan qorxur” – Jirnov

image-reklam_sirab_01

Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Jirnov hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üçün dünya siyasətində cəmi iki lider var.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya prezidentinin qorxduğu nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır.

“Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb. Qərbdə Rusiya prezidentinin ona xor baxmayan adamı yoxdur. Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən qorxur və ona hörmət edir. Bununla belə, Kreml rəhbəri Çin liderini daha çox qısqanır, çünki ÇXR böyük ölkədir, əhalisi çoxdur. Bu, öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq kifayət qədər çətindir”, – Jirnov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki