image-1630071011_araik-pasinyan2backend

Qarabağ münaiqəsi bitibsə Ermənistan separatçılara necə vəsait ayıra bilər?

image-reklam_sirab_01

Maliyyə naziri Tiqran Xaçatryan bildirib ki, yardımın ümumi məbləği 13,4 milyard dram(təxm. 27 milyon ABŞ dolları) olacaq ki, bunun da 1,2 milyard dramı qrant şəklində, qalan hissəsi kredit şəklində olacaq…

Paşinyan: “2020-ci ilin noyabr ayından bəri Qarabağ büdcəsinin ehtiyacları üçün yalnız ayırmalar 100 milyard drama(təxm. 203 milyon dollar-S.L.) yaxınlaşır…”

Qəsbkar Ermənistan hökuməti Qarabağdakı separatçı rejim üçün növbəti dəfə kredit ayırıb.

Veteninfo.az  xəbər verir ki, “ArmenianReport” nəşrinin yaydığı məlumata görə, qərar Paşinyan hökumətinin avqustun 27 -də keçirilən iclasında qəbul edilib.

Maliyyə naziri Tiqran Xaçatryan bildirib ki, yardımın ümumi məbləği 13,4 milyard dram(təxm. 27 milyon ABŞ dolları) olacaq ki, bunun da 1,2 milyard dramı qrant şəklində, qalan hissəsi kredit şəklində olacaq.

İşğalçı ölkənin naziri  qeyd edib ki, “Qarabağda həyat tədricən bərpa olunsa da, respublikanın dövlət büdcəsinin gəlirləri artsa da,  həmin gəlirlər hələ də həyati problemləri həll etmək və bu ilin sentyabr ayında planlaşdırılan bütün proqramları maliyyələşdirmək üçün yetərli deyil.

Bu baxımdan maaşlara 3 milyard, qaz, elektrik və rabitə xərclərinin ödənilməsinə 1,2 milyard, sosial və təhsil proqramlarına 787 milyon, inşaat və evlərin təmirinə 2,6 milyard Ermənistan dramı xərclənəcək”.

T.Xaçatryan əlavə edib ki, bu, ölkə hökumətinin separatçı rejim büdcəsinə dəstək vermək üçün qəbul etdiyi üçüncü qərardır. Baş nazir Nikol Paşinyan son çıxışında qeyd edib ki, ötən ilin noyabr ayından bəri Qarabağ büdcəsinin ehtiyacları üçün yalnız ayırmalar 100 milyard drama(təxm. 203 milyon dollar) yaxınlaşır…/Moderator.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki