image-satqinbackend

Qazaxıstan prezidenti xəbərdarlıq etmədən  atəş açmağı əmr edib

image-reklam_sirab_01

Qazaxıstan prezidenti Kasım-Jomart Toka xəbərdarlıq etmədən terrorçulara atəş açmaq əmri verdiyini açıqlayıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti sakinlərə müraciətində qeyd edib.

 

Ölkə başçısının sözlərinə görə, quldurlar respublikanın əmlakına ziyan vurmaqda, vətəndaşlara qarşı silah işlətməkdə davam edirlər.

 

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar yanvarın 2-də başlayıb. Əvvəlcə Janaozen və Aktau şəhərlərinin sakinləri qazın bahalaşmasına etiraz olaraq küçələrə axışıblar. Etirazlar sonradan bütün ölkəyə yayılaraq iğtişaşlara çevrildi. Hakimiyyət qazın qiymətinə yenidən baxacaqlarını bildirsə də, ölkədə vəziyyət sabitləşməyib. Qazaxıstan prezidenti Kasım-Jomart Toka etirazlar kontekstində bildirib ki, o, hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki