image-ilhambackend

Qərara gəldim ki, əməliyyatı “Dəmir yumruq” adlandırım-İLHAM ƏLİYEV

image-reklam_sirab_01

“Bilirəm ki, Ermənistan tərəfinin mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi. Mahiyyət etibarı ilə Ermənistan 2020-ci il sentyabrın 27-də bu planın icrasına başladı”.

Azərbaycan Prezidenti İlham Əliyev  Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində “Dəmir yumruq” əks-hücum əməliyyatını şərh edərkən bildirib.

“Şübhəsiz ki, müharibə dövrü üçün fəaliyyətimizin əsası bu tarixdən xeyli əvvəl işlənib hazırlanmışdı, amma hərbi əməliyyatın gedişi zamanı ona müəyyən dəyişikliklər edirdik”, – Prezident deyib.

 

2020-ci il sentyabrın 27-si hadisələri ilə bağlı danışarkən ölkə başçısı hər gün Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə müşavirələr keçirdiyini bildirib:  “Bu müşavirələr zamanı ötən günə yekun vurur, çatışmazlıqları aşkar edir, həmçinin növbəti gün üçün planlar qurur və onları təsdiq edirdik. Bu səbəbdən, çox fəal gündəlik iş aparılırdı və bir çox hallarda, – hərbi əməliyyatların gedişi indi bəllidir, – bizim hərəkətlərimiz və əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu”.

Azərbaycan Prezidenti əks-hücum əməliyyatına “Dəmir yumruq” adının verilməsi ilə bağlı da danışıb: “Təbii ki, hərbi əməliyyatların əvvəlində heç bir ad yox idi. “Dəmir yumruq” terminini mən Azərbaycan xalqına şəhərlərin və kəndlərin azad edilməsi barədə məlumat çatdırdığım müraciətlərimdə bir neçə dəfə “dəmir yumruq” terminindən istifadə etmişdim. Mən bir neçə dəfə demişdim ki, əgər düşmən torpaqlarımızı öz xoşu ilə tərk etməsə dəmir yumruqla başı əziləcək. Bu, ictimaiyyət tərəfindən müsbət qarşılandığından qərara gəldim ki, əməliyyatı “Dəmir yumruq” adlandırım. Lakin bu, dərhal yox, hərbi əməliyyatların müəyyən mərhələsində baş verdi”.

Azərbaycan prezidenti müsahibədə daha sonra bildirib: “Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik. Təbii ki, Ermənistan tərəfindən fərqli olaraq, düşmənin imkanlarını ayıq başla qiymətləndirir və işğal edilmiş əraziləri öz istəyi ilə tərk etməsi üçün Ermənistan tərəfinə təsir vasitələrindən istifadə etməyə çalışırdıq”.

İlham Əliyevin sözlərinə görə, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı beynəlxalq strukturlara bütün çağırışlarımın məqsədi də məhz bu idi. Əgər bu olsaydı, Ermənistan işğal edilmiş əraziləri tərk etməyə məcbur olardı və müharibə də baş verməzdi. “Lakin təəssüf ki, bu baş vermədi”, – dövlət başçısı deyib və vurğulayıb ki, son dövrlərdə Ermənistan, ümumiyyətlə, açıq təxribatlara keçmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki