Gürcüstan və Qırğızıstan hazırda MDB məkanında ən qaynar nöqtələrdir.
Vətəninfo.az xəbər veir ki, bunu Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun rusiyalı eksperti Vladimir Bruter deyib.
Onun fikrincə, bunlar Qərbin dövlət çevrilişi təşkil etmək ehtimalı yüksək olan ölkələrdir.
Bruter onu da qeyd edib ki, Gürcüstan rəhbərliyi bu təhlükədən xəbərdardır və onun qarşısını almağa çalışır.
Xatırladaq ki, bu gün KİV-in məlumatına görə, Qırğızıstanda ölkədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslər arasında bir sıra həbslər baş verib.