image-reklam-veteninfo
image-3backend

Qırğızıstan və Tacikistan sərhəd məsələsində razılığa gəldi

image-reklam-veteninfo

Qırğızıstanla Tacikistan arasındakı 970 kilometrlik sərhədin mübahisəli 503 kilometrlik hissəsinin 101,9 kilometri ilə bağlı razılıq əldə olunub.

Vətəninfo.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən keçirilən görüşlər və bu günlərdə Tacikistanın paytaxtı Düşənbədə aparılan danışıqlar zamanı Qırğızıstan-Tacikistan sərhədinin 101,9 kilometrlik hissəsi müəyyən edilib.

Xatırladaq ki, Qırğızıstan mübahisəli sərhəd bölgəsində 2021-ci ilin 28-30 aprel tarixlərində baş verən münaqişə ilə bağlı sərhəd məsələsi həll olunana qədər 21 may 2021-ci il tarixindən etibarən Tacikistanla gömrük qapılarını bağlamışdı. İki ölkə arasında sonuncu münaqişə sentyabrın 14-də olmuşdu ki, bu zaman hər iki tərəfdən onlarla adam həyatını itirmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki