image-368656_res_00backend

Ramil Həsənli : Sabah baş verənlərlə bağlı müvafiq orqanlara müraciət edəcəm-ÖZƏL

image-reklam_sirab_01

“Azərbaycan Milli Məclisinin deputatı olaraq bildirirəm ki,mən bu gün hadisə  müstəvidə  baş verənlərlə  bağlı öz hüquqlarımı,ailəmin hüquqlarını qormumaq məqsədi ilə,Azərbaycan Respubıikasının müvsfiq qanunvericiliyinə uyğun olaraq Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev və digər Moldova Respublikasının vətəndaşı olan,hansı şəraitdə Azərbaycana gəldiyi bəlli olmayan bir neçə şəxs və eyni zamanda ikinci vəkil Əmrəliyev haqqında Respublikamızın müvafiq hüquq-mühafizə orqanlarına sabah rəsmi şəkildə müraciət ünvanlayacam”.

Bu fikirləri Vətəninfo.az-a Milli Məclisin deputatı Ramil Həsənli bildirib.Millət vəkili bildirib ki, baş verən hadisədə də və  açıq-aydın görürsünüz ki,videoda Muxtar Mustafayev tərəfindən şəxsiyyətim və mənim ailəm təhqir edilmişdir: ” Və onun tərəfindən dəfələrnən profatik addımlara cəht  həyata keçirilmişdir. Eyni zamanda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənim və ailəmin icazəsi olmadan gizli kamera çəklişləri həyata keçiilmişdir. Bu kamera çəklişləri Azərbaycanın müvafiq orqanlarının mətbuat orqanlarına,o cümlədən də Virtualaz.org və Haqqın.az saytlarına təqdim edərək mənim şəxsiyyətimin təhqir olunması,şərəf və ləyaqətimizin alçaldılması,eyni zamanda da Azərbaycan vətəndaşının,ümumiyyətlə hər bir vətəndaşın özünün icazəsi olmadan hər hansı çəkiliş aparmaq və onu yaymaq qadağandır müddiasına tamamən zidd addım olan proses-hal baş vermişdir.Əminəm ki,Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları bu çərçivədə araşdırmaların aparacaqlar və Azərbaycan vətəndaşına və onun ailəsinə qarşı həyata keçirilmiş qeyri-adevkat və qeyri etik hərəkətlərlə bağlı konkret nəticə qanun çərçivəsində hasil edəcəklər”. Ramil Həsənlinin sözlərinə görə, Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə sədaqətlə xidmət edir və inanır ki,Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi çərçivəsində ona və ailəsinə qarşı bu təhqiramiz addımlar atan şəxslər ən yaxın zamanda ədalətin,hüquq-mühadizə orqanlarının qarşısında layiqli cəzalarını alacaqlar.

 

Faiq Canbaxışlı

Vətəninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki