image-424112466backend

Ramin Bayramlı villa tikdirir? – TƏBİB-dən açıqlama

image-reklam_sirab_01

Son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı iddialara cavab verib.

TƏBİB-dən Veteninfo.az-a Azərbaycan-a bildirilib ki, son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılıb. Ərazidə aparılan çəkiliş zamanı R.Bayramlının qardaşı olduğunu deyən Razim Bayramlı villanın özünə məxsus olduğunu və arı təsərrüfatı hesabına başa gəldiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki