image-33491128_125_0_1052_695_1400x0_80_0_0_540469afb60d8bf869ced204e866e324backend

Ramin Məmmədov-Ter-Petrosyan da bilir ki, status-kvo cəhənnəmə gedib

image-reklam_sirab_01

44 günlük müharibə zamanı davamlı zirzəmilərdə gizlənən, Xankəndindəki separatçıların lideri Arayik Arutyunyan 10 noyabr  üçtərəfli razılaşmanın və Ermənistanın kaputuliyasiya aktını qəbul etməsindən sonra, girdiyi zirzəmidən çıxaraq yenidən separatçı hərəkətlərini davam etdirməkdədir.

Bu gün Arayik yenidən bu separatçılığını davam etdirərək İrəvanda Ermənistanın birinci prezidenti levon Ter-Petrosyanla görüşüb.

44 günlük müharibə ilə Azərbaycanın status-kvonun,qondarma dövlətlərinin üstündən xətt cəkdiyini hələ də anlamamazlığa vuran Arayik görüşdə Azərbaycanın Rus sülhməramlı kontingentinin yerləşdiyi Xankəndi şəhərində  baş verən son hadisələri, onun olmayan dövlətin beynəlxalq statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələləri və bu problemin həlli yollarını müzakirə ediblər.

Milli Məclisin üzvü Ramin  Məmmədov Veteninfo.az-a açıqlamasında bildirib ki, 44 günlük ikinci Qarabağ Vətən müharibəmizlə  status-kvo cəhənnəmə göndərilib:

image-trend_ramin_mammadov_080213

“Ter-Petrosyan Arayik Arutyunyan hansı beynəlxalq statusdan danışırlar. 10 noyabr üçtərəfli anlaşması və Ermənistanın kaputuliyasiya aktını imzalaması ilə status-kvo tamamilə aradan götürülüb. İndi beynəlxalq birliyin Xankəndi və digər qəsəbələrimizin də daxil olmaqla qəbul etdiyi Azərbaycanın torpaq bütünlüyü mövcududr.10 noyabr anlaşması ilə münaqişə başa çatmaqla bərabər,eyni zamanda regionda ye ni reallıqlar  baş verməkdədir”.  Millət vəkili qeyd edib ki, bu gün ATƏT-in Minsk qrupunun  üç həmsədrindən biri olan Rusiya rəhbərliyi belə münaqişənin başa çatdığını, 10 noyabr üçtərəfli anlaşması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin ediliyini qəbul edir və bunu açıq şəkildə bəyan edir: “Baxmayaraq ki, Rusiya Ermənistanın bölgədə ən böyük strateji müttəfiqidi,bu ölkəni təmənnasız silahlandırır,rəsmi Kremli belə bu gerçəkliklə barışıb. Görünür Arayik hələ bir müddət bu Arsaq-marsaq oyunları ilə  özünü ovunduracaq.Amma  Xankəndindəki Azərbaycan vətəndaşları olan ermənilər,məhz o vətəndaşlarımız Arayikin oyunbazlıqlarına son verəcəklər.Sadəcə olaraq bir qədər səbir etmək lazımdı”. Ramin Məmmədov bildirib ki. Ermənistanın sabiq prezidenti Per-Petrosyan təcürbəli siyasətçidir və o gözəl başa düşür ki, Azərbaycan status-kvonu 44 gün ərzində dəmir yumruqla əzib,cəhənnəmə göndərib: “Ola bilsin Ter-Petrosyan qapısına gələn Arayiki boynubükük yola salmamaq üçün,onunla bir az söhbətləşib”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki