image-image_750x_6464970f75319backend

Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalanıb

image-reklam_sirab_01

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair sazişin imzalanmasında iştirak edirlər.

Xəttin uzunluğu 170 km olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək.

Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə çəkiləcək. İran Astarası ilə Azərbaycanın Astarası arasındakı xətt isə – Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.

Rusiya Prezidenti Putin çıxışında deyib ki, “biz Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki