image-indirbackend

Rus cariyələr Osmanlı sarayına necə ayaq açmışdı? -Tarixçi alim açıqladı 

image-reklam_sirab_01
“Tam 800 il boyunca dünya qul bazarının ən böyük tədarükçüləri ruslar olublar. 16-cı əsrdə qullar əsasən Qərbi Afrika və Rus knyazlığı ərazisindən əldə edilirdi. Dünya qul bazarında qara və sarı rəngi bu iki ölkədən gətirilən qulları ifadə edirdi. 17-ci əsrin ilk yarısında sadəcə Kəfə, Azak, Buxara və Xivədə rus qulların toplam sayı 150-200 min arasında dəyişirdi.” – bu fikirləri Vətəninfo.az-a açıqlamasında tarixçi  Əkbər Nəcəf bildirib.
Əkbər Nəcəf qeyd edib ki, rus qulların geri qaytarılması üçün Moskva knyazlığı öz xalqından 1551-1679-cu illər arasında fidyə vergisi (quları geri almaq üçün toplanan vergi) almışdır. 1649-cu il Moskva knyazlığı qanunnaməsinin böyük hissəsi qullar məsələsinə ayrılmışdır.
“15-16-cı əsrdə Osmanlı ölkəsində hər varlı ailənin evində azı bir rus cariyə və xidmətçi vardı.
Moskvanı rus ölkəsinin mərkəzi halına gətirən səbəblərdən biri də Moskva knyazının rus qullarının haqqını müdafiə etməsi oldu. Bu səbəbdən provaslav kilsəsi Moskvaya “rusların haqqını qorumaq üçün ilahi vəzifə” vermişdir.” -deyə tarixçi qeyd edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki