image-image_750x_64ac1f37023c2backend

Rusiya Baxmuta nəzarəti itirir – Anna Malyar

image-reklam_sirab_01

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığındakı əsas komanda yüksəkliklərini ələ keçirə bilib və şəhəri bir neçə gün atəş altında saxlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə bazar ertəsi, iyulun 10-da müdafiə nazirinin müavini Anna Malyar Telegram-da məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri rusların şəhər ətrafında bütün giriş-çıxışlarına və hərəkətlərinə atəşə tutulub.

Malyar qeyd edib ki, bu, irəliləyərək Ukrayna Müdafiə Qüvvələrinin Baxmut ətrafındakı əsas dominant yüksəkliklərə nəzarəti ələ keçirməsi sayəsində mümkün olub.

İyulun 7-də Malyar bəyan edib ki, ruslar Baxmutda tələyə düşüblər və Ukrayna silahlı qüvvələrinin hərəkətləri səbəbindən şəhəri tərk edə bilməyiblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki