Rusiya, Hindistan və Çinin yeni valyuta yaratmaq qərarı Amerikanın maliyyə hegemonluğuna etiraz aksiyasıdır. Vətəninfo.az xəbər verir ki, bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor London Real YouTube kanalı ilə söhbətində bildirib.
Onun sözlərinə görə, artıq 40-dan çox ölkə Rusiya, Çin və Hindistanda qızılla dəstəklənən yeni valyutadan istifadə etmək istəyini bildirib. “Burada ideya belədir. yeni dövr gəlir”, – Makqreqor vurğulayıb. O qeyd edib ki, baş verənlər ABŞ-ın maliyyə sisteminə qarşı “üsyanı” xatırladır.
Polkovnik əlavə edib ki, Afrika, Cənubi Amerika və Asiyada bir çox insanlar Rusiyaya rəğbət bəsləyir, onun hərəkətlərini Amerika hakimiyyətinin siyasəti ilə qarşıdurma kimi qiymətləndirirlər.