image-364035_res_01backend

Rusiya dünyanın tank kralıdır-13 min ədəd!

image-reklam_sirab_01

Rusiya dünyada ən çox tanka sahib olan ölkədir.

Veteninfo.az  xəbər verir ki, bu haqda hərbi tematika üzrə ixtisaslaşmış “19FortyFive” portalı bildirir. Portal britaniyalı hərbi konsultant Nikolas  Drammondun hesablamalarına istinad edərək yazır ki, dünyada tankların ilk dəfə döyüş əməliyyatlarında istifadə edilməsindən 100 ildən də çox müddət keçdiyi bir vaxtda müxtəlif ölkələrin silahlanmasında cəmi 73 min ədəd tankın olduğu təsbit edilib. Bu rəqəm açıq mənbələrdə yer alan məlumatlar əsasında ortaya çıxıb.

“Əksər mənbələr bununla razıdır ki, Rusiya dünyanın tank kralıdırı və təxminən 13 min tankı var. Onların əksəriyyəti T-80 və T-72 tanklarıdır, ehtiyatda saxlanılır. Lakin zərurət yaranarsa Rusiya nəhəng sayda tank qüvvələrini döyüşə ata bilər”,-məqalədə deyilir.

 

Tankların sayına görə ikinci yeri Şimali Koreya tutur, bu ölkənin silahlanmasında 6145 tank var. Lakin indiki halda söhbət “kağız pələngdən” gedə bilər, çünki Pxenyanın tanklarının əksəriyyəti köhnəlmiş T-54 və T-55 tanklarından, hətta T-34 tanklarından ibarətdir. Hərçənd Şimali Koreya ordusunun daha müasir tankları da az deyil.

 

ABŞ isə 6100 tankla üçüncü yerdədir, bu ölkənin zirehli tank qüvvələrinin əsasını üçüncü nəsil “M1 Abrams” tankları təşkil edir və hazırda onların modernizasiyası həyata keçirilir. Bu maşınlar tank klassikası hesab olunur.

Hindistan isə tankların sayına görə dünyada dördüncü yerdədir. Bu ölkənin 4730-a yaxın tankı var və onların çoxu T-90, T-72 tanklarından ibarətdir. Lakin müharibə olarsa Hindistan tanklara dəstək üçün 8700 ədəd digər zirehli texnikanı da döyüş meydanına ata bilər.

Təəcüblü də olsa ilk beşlikdə sonuncu yeri 10 ildir vətəndaş müharibəsi girdabında çabalayan Suriya tutur, bu ölkənin silahlanmasında 3740 tankın olduğu bildirilir. Lakin söhbət müharibədən əvvəlki rəqəmlərdən gedir, hazırda Suriya ordusunun neçə tankının salamat qaldığı məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki