image-image_750x_64c66919f3b2dbackend

Rusiya NATO ilə müharibəyə hazırdır – Putin

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya NATO ilə birbaşa hərbi münaqişə istəmir, amma kimsə bunu istəsə, Moskva buna hazırdır, prezident Vladimir Putin deyib.

Onun sözlərinə görə, heç kim istəməsə də, Rusiya “hər hansı ssenariyə hazırdır”. Ölkə başçısı xatırladıb ki, belə münaqişələrin qarşısını almaq üçün ABŞ-ın təşəbbüsü ilə xüsusi mexanizm yaradılıb.

“Ölkəmizdəki bəzi idarələrimizin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır və istənilən böhranlı vəziyyətlə bağlı məsləhətləşmək imkanı əldə edirlər”, – Putin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu mexanizm tərəflərin birbaşa qarşıdurmaya getmək istəyinin olmamasından xəbər verir.

“Ancaq bunu biz yox, kimsə istəsə, biz hazırıq”, – deyə prezident yekunlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki