Vətəninfo.az xəbər verir ki, Litvanın müdafiə naziri Arvydas Anuşauskas DW-yə müsahibəsində Rusiya ordusunun döyüş qabiliyyətini şərh edərkən deyib ki, o, “artıq dünyanın ikinci ordusu deyil, haradasa ilk onluğa daxildir”.
Nazirin sözlərinə görə, Rusiya ordusunun vəziyyəti onlar üçün sürprizdir.
“Müxtəlif hərbi qolların aşağı döyüş effektivliyi bizi təəccübləndirdi. Bəli, Rusiyanın böyük ordusu var, onlar Ukraynanın şərq cəbhəsində minlərlə irəliləyə bilərlər.
Amma bunu NATO-nun silahlı qüvvələri ilə müqayisə etsək, bu artıq dünyada ikinci ordu deyil, qlobal miqyasda baxsaq, haradasa ilk onluğun sonundadır”.
Rus generalları yüksək qiymətləndirən nazir Anuşauskas onların Rusiya cəmiyyətindən heç bir fərqi olmadığını qeyd edib.
“Eyni kleptokratiya. silahlı qüvvələrdə və müdafiə sektorunda korrupsiya aradan qalxmayıb. Amma generallarla bağlı vəziyyət bizim təsəvvür etdiyimizdən də pisdir”.