Rusiya prezidenti Vladimir Putin xüsusilə hərbçilərə müraciət edib.
Vətəninfo.az xəbər verir ki, Putin müraciətində qeyd edib ki, üsyanın yatırılmasında qüvvələrin qətiyyəti və cəsarəti, eləcə də cəmiyyətin birləşməsi həlledici rol oynadı.
“Rusiya Federasiyasının hərbçiləri ölkə üçün çətin bir vaxtda xaosla nəticələnəcək iğtişaşların qarşısını aldı və vətəndaş müharibəsini faktiki olaraq dayandırdı.
Üsyan zamanı həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetirdilər.
Hərbi strukturlar mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa hissəsinin gücünü təmin edirdi. Sürətli və dəqiq iş mülki əhali arasında itkilərin qarşısını almağa imkan verdi.”- müraciətdə bildirilir.