Rusiya Rəşt-Astara dəmir yolunun tamamlanmasını maliyyələşdirəcək.
Vətəninfo.az xəbər verir ki, İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzəyi Rusiyanın Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasını maliyyələşdirməsi ilə bağlı razılığa gəldiyini açıqladı.
Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı demək olar ki, həftəlik görüşlər keçirilir.


























