Sentyabrda rusiyalı diplomatlar konsulluq açmaq üçün Qafan şəhərinə gələcəklər. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar məlumat verib.
“Biz Rusiyanın Qafan şəhərində baş konsulluğunun açılmasına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə gələcək və onlar operativ məsələlərin “yerdə” həlli ilə birbaşa məşğul olacaqlar”, – Qonçar bildirib.