image-indir-1backend

“Rusiya və İran Qərblə çəkişsələr də bu məsələdə ortaq mövqedən çıxış edir” -Elxan Şahinoğlu

image-reklam_sirab_01

“Errmənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar. Rusiya və İran Qərblə çəkişsələr də bu məsələdə ortaq mövqedən çıxış edir, bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir.” –Vətəninfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Azərbaycana qarşı müxtəlif güclər birləşiblər.

“Bu ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir.” -Elxan Şahinoğlu qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki