image-368921_srcbackend

Rusiya və Türkiyə – Azərbaycan və Ermənistan arasında sülhün qarantıdır

image-reklam_sirab_01

Rusiya və Türkiyə münasibətlərin normallaşması üçün Bakı ilə Yerevana yardım səylərini gələcəkdə də koordinasiya etməyə davam edəcək.

 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Moskva və Ankara etimad qurma tədbirlərinin möhkəmləndirilməsi xüsusi vurğulanaraq münasibətlərin normallaşması üçün Bakı və Yerevana kömək məqsədilə səyləri sıx əlaqələndirməklə bağlı razılığa gəlib.

Lavrov rəsmi Moskvanın Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnun olduğunu qeyd edib.

“Azərbaycanın Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən razıyıq və bölgədəki konkret vəziyyət barədə fikir mübadiləsi apardıq”, – deyə o yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki