“Rusiyaya məxsus Su-35 təyyarəsi Xerson bölgəsində Ukrayna ərazi sularına düşüb. Təyyarənin qəzaya uğramasının səbəbləri araştırılır”. –Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Baş Qərargahın sosial media hesabından paylaşılan açıqlamada həmçinin qeyd edilib ki Rusiya dünən axşam saatlarında Ukraynanın Dnepr şəhərindəki hərbi və infrastruktur obyektlərinə pilotsuz uçuş aparatı (PUA) və raket hücumu təşkil edib.