Artıq Rusiya prezidenti Vladimir Putin “Vaqner”çilərə qarşı əməliyyata başlamağa qərar verib.
Vətəninfo.az xəbər verir ki, artıq Vaqberin qərargahı nəzarətə götürülüb.
Rusiyanın Sankt-Peterburqunda təhlükəsizlik qüvvələri bu özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin üsyan təşkil etdikdən sonra PMC Vaqner Mərkəzinə daxil olub.
Fontanki öz müxbirinin məlumatına istinadən Telegram-da xəbər verir ki, böyük ehtimalla Zolnaya küçəsində yerləşən binada axtarışlar aparılacaq. “OMON və Milli Qvardiyanın olduğu iki avtobus mülki geyimli şəxslərlə birlikdə binaya yaxınlaşıb, içəri daxil olublar”, – məlumatda deyilir.
Bundan əlavə, Anons körpüsünün yaxınlığında maskalı və pulemyotlu insanlar işləyirdi. Jurnalistlər əlavə ediblər ki, sahildə vaqnerçilərin lideri ilə əlaqəli restoran və otel var.


























