image-image_750x_64aab6805ea2bbackend

Rusiyada dənizdə çimmək qadağan edildi

image-reklam_sirab_01

Vətəninfo.az Kommersant.ru istinadən xəbər verir ki, iyulun 14-ə qədər Soçi çimərliklərində çimmək qadağandır. Soçidə fırtına xəbərdarlığı qüvvədə qalır.

“Qasırğa xəbərdarlığı rejimi dövründə çimərliklərdə çimmək qadağandır. … Xilasedicilər Soçi sakinlərinə və qonaqlarına bütün lazımi ehtiyat tədbirlərini görməyi, həmçinin su yaxınlığında istirahətdən müvəqqəti imtina etməyi tövsiyə edir… Hava şəraiti dəyişən və tufan dayanan kimi qadağa götürüləcək”, – rəsmi bəyanatda deyilir.

İyulun 9-na keçən gecə Soçidə daşqınlar baş verib, şəhərin Xosinski rayonunda evlər su altında qalıb, on avtomobili su axını aparıb. Soçi şəhərinin meri Aleksey Kopaiqorodski bildirib ki, evləri su altında qalanlar üçün şəhərdə müvəqqəti sığınacaqlar təşkil edilib.

İyulun 8-də Krasnodar diyarının Fövqəladə Hallar Nazirliyinin baş idarəsi Anapadan Soçinin Maqri kurort bölgəsinə qədər olan ərazidə iyulun 14-dək tufan xəbərdarlığı elan edib. Agentlik dənizdə tornado təhlükəsi barədə xəbərdarlıq edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki