image-reklam-veteninfo
image-image_750x_64c9f7f21f75bbackend

Rusiyada hərbi komissarlıqları kim yandırır? – Araşdırma başladı

image-reklam-veteninfo

Rusiya mətbuatının yazdığına görə, son bir neçə gündə Rusiyada 14 hərbi komissarlıqların yandırılması faktı məlum olub.
Vətəninfo.az xəbər verir ki, bir qadın Moskvanın Kuzminki hərbi komissarlığına “Molotov kokteyli” atıb. Daha bir yanğın hadisəsi Stavropolda qeydə alınıb. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, qadın şəhər hərbi komissarlığının qapısını yandırmağa cəhd edib.

Hər iki halda hadisəni törədən şəxslər həbs edilib.

Ümumilikdə, iyulun 31-də və avqustun 1-də Rusiya sakinləri Rusiyanın 10 vilayətində: Moskva, Sankt-Peterburq, Kaluqa, Omsk, Ulan-Ude, Kazan, eləcə də Moskva, Voronej, Voronej şəhərlərində hərbi komissarlıqları yandırmağa cəhd ediblər. Çelyabinsk və Saratov bölgələrində də bu yanğınları törədənlər axtarışa verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki