image-364453_res_00backend

Rusiyada məşhur azərbaycanlı iş adamı hakim qarşısına çıxarılır

image-reklam_sirab_01

Rusiyada yaşayan, “Travelers kofe” federal şəbəkəsinin şəriki, iş adamı Ənvər Piriyev külli  miqdarda rüşvət verməkdə ittiham olunur. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş baxılması üçün Novosibirsk vilayəti, Kalinin rayon məhkəməsinə göndərilib.

Veteninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, iş adamı Novosibirsk vilayəti Daxili İşlər Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İqtisadi Təhlükəsizlik şöbəsinin əməliyyatçısı Yevgeniy Puşkaryova 321 min rubl nağd pul və 800 min rubl dəyərində avtomobil verib. Bunun qarşılığında isə Y.Puşkaryov qarşı tərəfin maraqlarına xidmət edən məlumatları, mesajları, ərizələri iş adamına ötürüb.

Hazırda Kalinin rayon məhkəməsində külli  miqdarda rüşvət almaqda təqsirləndirilən Y. Puşkaryovun məhkəməsi də keçirilir.

Məlumat üçün qeyd edək ki, bu ilin fevralında vətəndaşların şəxsi həyatı barədə məlumatlar yaymaqda təqsirləndirilən Y.Puşkaryov Novosibirsk rayon Mərkəzi Məhkəməsinin qərarı ilə 1 il 5 ay müddətinə şərti cəza alıb. Həmçinin, 3 il müddətinə hüquq-mühafizə orqanlarında işləməsi qadağan edilib.

Xatırladaq ki, “Trevelers kofe” şirkətinin tərəfdaşları arasında münaqişə yaranıb. Münaqişəyə şəbəkədə ticarət nişanının istifadə hüququ səbəb olub.

İstintaq materiallarına görə, 2016-2017-ci illərdə Puşkaryov bu ticarət markası üçün mübarizədə iş adamının rəqiblərinin maraqlarına xidmət edən materilları, vəkillər haqqında məlumatları Daxili İşlər Nazirliyinindəki əlaqələrindən istifadə etməklə Ə.Piriyevə ötürüb.

İstintaq zamanı Puşkaryov daxili işlər orqanlarından kənarlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki