image-9backend

Rusiyada Qarabağ mövzusunda üçtərəfli toplantı keçirilәcәk

image-reklam_sirab_01

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Rusiyanın paytaxtı Moskvada Qarabağ mövzusunda toplantılar keçirəcək.

Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda qeyd olunub ki, iyulun 25-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.

Bəyanatda bildirilib ki, nazirlər Qarabağ ətrafında gərginliyin azaldılması yollarını, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020, 2021, 2022-ci illərdə imzaladığı bəyannamələrin icra prosesini təhlil edəcəklər.

“Görüşlərdə rəsmi Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasına, Rusiyanın maksimum yardım göstərməyə hazır olduğu problemlərin həlli yollarının axtarışına xüsusi diqqət yetiriləcək”,-deyə bəyanatda vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının digər mühüm yollarını, o cümlədən regionda nəqliyyat maneələrinin aradan qaldırılması, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, parlament-arilər arasında dialoqun başlanması, xalq və ekspertlər arasında təmasların yaradılmasını müzakirə edəcəklər.

Rusiyanın Azərbaycan və Ermənistanla ayrıca keçirəcəyi ikitərəfli görüşlərdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyi də bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki