image-image_750x_64620be6727d5backend

Rusiyada yüksək rütbəli məmurlara istefa vermək qadağan edildi

image-reklam_sirab_01

Kreml Rusiyanın yüksək rütbəli məmurlarına müharibə zamanı istefa verməyi qadağan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Важные истории” dövri nəşri öz mənbələrinə istinadən yazır. Qeyd olunur ki, həmin qərarla razılaşmayan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnir.

“Oxşar hadisə ən azı iki qubernatorla da baş verib”, – qəzetin mənbəsi bildirib.

“Mən qubernatorların öz vəzifələrini tərk etməyə cəhd göstərdiyi ən azı iki hadisədən xəbərim var, lakin prezidentlik onlara nəinki bu addımı atmağı qadağan edib, həm də cinayət təqibinə eyham vurub”, – Rusiya Federasiyasının keçmiş FSB zabiti bildirib.

Rusiya qəzetinin yazdığına görə, belə bir qadağa barədə Prezident Aparatının Daxili siyasət şöbəsinin məsul əməkdaşının tanışlarından biri də eşidib.

“Müharibə başlayandan sonra hamı getsə, postunu tərk etmək niyyətində olanlar da az deyil”.
Kremldə postu tərk etmək istəyi vətənə xəyanət kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki