Moskva da Pekin kimi İran körfəzindəki üç adanın BƏƏ-yə məxsus olduğunu dəstəklədi. Vətəninfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“İran diplomatiyası” saytı yazır: “Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdən sonra verdikləri bəyanatda “üç ada ilə bağlı fikir ayrılıqlarının dinc yolla həllinə” çağırıblar.
İclasda iştirak edən nazirlər sözügedən adaların ərəb ölkələrinə verilməsini dinc cəhdlər adlandırıb və buna sülh yolu ilə nail olmaq istədiklərini bildiriblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə buna cavab olaraq həmin bəyanatı rədd edib və sözügedən adaların əbədi olaraq İrana məxsus olduğunu bildirib.