” Ukraynaya qarşı müharibə nəticəsində Rusiya kiçik hissələrə parçalanacaq və bu proses Şimali Qafqazdan başlayacaq.”- Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mətbuata göndərdiyi açıqlamada bildirib.
Saakaşvilinin fikrincə, Rusiyanın Şimali Qafqazdan çıxarılması Gürcüstana Abxaziyanı qaytarmaq imkanı verəcək.
“Ukrayna, şübhəsiz ki, cəbhədə dönüş nöqtəsinə çatacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib, Rusiya parçalanmağa başlayacaq və ilk növbədə Şimali Qafqazdan başlayacaq”, – Saakaşvili bildirib.


























