2022-ci ildə Türkiyəyə gələn xarici mühacirlərin ümumi sayında Rusiya Federasiyasının vətəndaşları 25% təşkil edərək birinci yeri tutub. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb.
Rusları Ukrayna – 8,1%, İran – 6,5%, Əfqanıstan – 5,4%, İraq – 4,8% izləyir. Ümumilikdə keçən il Türkiyəyə 494 min insan köç edib.
Ən çox immiqrantın olduğu vilayət 35,4% payla İstanbuldur.
İstanbulu Antalya – 14,8 faiz, Ankara – 5,4 faiz, Bursa – 3,9 faiz, Mersin – 3,8 faiz izləyir.
Səfərbərlik başlayandan sonra Forbes-in məlumatına görə, 600 mindən 1 milyona qədər insan Rusiyanı tərk edib.Müharibədən sonra Türkiyə rusların əsas cazibə mərkəzinə çevrilib.
Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Monteneqro, BƏƏ və bir sıra Aİ ölkələri ruslar üçün digər üstünlük verilən istiqamətlər olub.


























