image-reklam-veteninfo
image-ustambackend

Rüstəm Muradov: Əsir düşən bütün Azərbaycan əsgərləri azad edilib

image-reklam-veteninfo

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda əsir düşən erməni əsgərlərin qaytarılması istiqamətində işlər davam etdirilir.

Veteninfo.az xəbər verir ki,bu barədə TASS-a Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov məlumat verib.

“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir.Yaxşı müsbət anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işə son qoyacaqlar”.

 

Rüstəm Muradov qeyd edib ki, məhbusların geri qaytarılması ilə bağlı işi sülhməramlının vətəndaşlıq borcu hesab edir.

“Mən bir hərbçi kimi hərbi əsirlərin kim olduğunu, əsirlikdə necə hisslər keçirdiklərini başa düşürəm, Bakıya uçarkən ilk uçuşu xatırlayıram və qayıdandan sonra həmin hərbçilərin artıq uçmuş üzlərini gördüm. İrəvandan Erebuni aerodromuna. Bunlar göz yaşları idi, onlar evlərinə qayıtdıqlarına inanmırdılar “.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki