image-369416_res_01backend

Rüşvətxor icra başçısı özünü günahsız hesab edir-MƏHKƏMƏ BAŞLADI

image-reklam_sirab_01

Neftçala rayon İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovunun işi  üzrə məhkəmə prosesi başlayıb.

Veteninfo.az xəbər verir ki,Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Daha sonra prosesdə prokuror ittiham aktını elan edib.

Keçmiş icra İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və bu mərhələdə ifadə verməkdən imtina edib. Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək

İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib. Keçmiş başçı və digər məmurlar korrupsiyada, rüşvət almaqda, o cümlədən işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının ələ keçirilib pulları mənimsəməkdə, digər bu kimi əməllərdə ittiham olunurlar. İsmayıl Vəliyevin Neftçala rayonu ərazisində çoxsaylı biznes obyektləri, o cümlədən cins eşşəklərin saxlanıldığı ferması var idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki