image-saakasvilibackend

Saakaşvili intihar etmək istəyirsə, bu, onun qanuni hüququdur: Qaribaşvili

image-reklam_sirab_01

“İnsanın özünün yaşamasına son qoymaq hüququ var”.

Veteninfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına münasibət bildirərkən “Novosti-Georgia” –ya deyib.Baş nazir bildirib ki, insanın intihar etmək hüququ var.

“Qanunda deyilir ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, lakin təbii ki, dövlət buna görə məsuliyyət daşımayacaq”, – Qaribaşvili vurğulayıb.

O, həmçinin bir daha vurğulayıb ki, eks-prezidentin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya transferindən söhbət gedə bilməz. O, yekunlaşdırıb ki, bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi demək olardı.

Saakaşvili oktyabrın 1-də, səkkiz illik mühacirətdən sonra Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılıb. Həbsxanada Saakaşvili aclıq aksiyasına başlayıb, bir aya yaxındır ki, aclıq aksiyası keçirir və əvvəllər tibbi yardımdan imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki