image-17backend

Saakaşvili: “Qazaxıstan hakimiyyəti öz xalqını rus və erməni əsgərlərinə qırdırır”

image-reklam_sirab_01

“Çoxsaylı etiraz dalğasını bir kəskin etiraz dalğasına çevirək və öz ölkəmizdə dəyərli şəkildə yaşamağımıza mane olan hər şeyi yuyaq”.

Veteninfo.az Gürcüstan mediasına istinadənxəbər verir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib. Saakaşvilinin sözlərinə görə, hakim partiya son iki seçkidə məğlub olsa da ölkənin idarəçiliyini əlində saxlayır: “Özünü Rusiyanın təsir dairəsində olduğunu bəyan edib və qərbdən uzaqlaşdıqda nə baş verir? Orada bütün əhali sosial ədalətsizliyə, korrupsiyaya və seçkilərin saxtalaşdırılmasına görə üsyan edir. Lakin bu gün KTMQ (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) himayəsi altında rus ordusunun Qazaxıstana genişmiqyaslı girişi başlayıb. Bu o deməkdir ki, Qazaxıstan hakimiyyəti öz xalqını rus, erməni və digər qonşu ölkələrin əsgərlərinə qırdırır. Biz ölkəmiz üçün belə bir səhnə istəyirik? Əlbəttə ki, yox. Əgər buna yox deyiriksə, bu zaman bütün şəxsi ambisiyalarımızı kənara qoymaq və birlikdə, genişmiqyaslı hərəkətlərlə bütün vasitələrdən istifadə edərək hədəfə çatmağı öyrənməliyik. Əks təqdirə, 80%-i yoxsulluq içərisində yaşayan xalqımız ya aclıqdan qırılacaq ya da ölkəni tərk etməli olacaq. Bu cür komunal xərclərlə, dərman və ərzaq məhsullarındakı bu cür qiymətlərlə, əməyə dəyər verilməyən bir vaxtda ailəni təmin etmək mümkünsüzdür. Minimum son iki seçkidə məğlub olan komanda qeyri-legitim olaraq kabinetlərində qalmaqda və qərb əleyhinə açıq şəkildə bəyanatlar verməkdədir. Belə bir halda əlimizi daşın altına qoymasaq, bizimlə maraqlanan və bizi müdafiə edənimiz də qalmayacaq. 90-cı illərdən bu günədək Gürcüstanda indiki kimi bir müxalifət olmayıb. Hazırda çoxsaylı etiraz dalğasını bir kəskin etiraz çayına çevirmək siyasətçilərin, aktivistlərin və adi vətəndaşların borcudur”, – deyə M. Saakaşvili qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki