image-saakashvilibackend

Saakaşvili sabah meydana çıxacaq-MİŞA ARTIQ BATUMDADI

image-reklam_sirab_01

“Vahid Milli Hərəkat” müxalifət partiyasının üzvü Murman Dumbadze bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 2 -də seçki məntəqələri bağlandıqdan sonra rəsmən ictimaiyyət qarşısına çıxacaq. Bu barədə “Sputnik-Gruziya” yazır.

Xatırladaq ki, Saakaşvili Gürcüstana seçki günü – oktyabrın 2 -də gələcəyinə söz verib və hətta sosial şəbəkədə Kiyev-Tbilisi reysinə biletini göstərib. Ancaq oktyabrın 1-də səhər saatlarında Saakaşvili artıq Gürcüstanda olduğunu bildirərək, Facebook vasitəsi ilə xalqa müraciət etdi.

“Onu çox adam dəstəkləyir. Bütün Gürcüstan onu gözləyir və sabah saat səkkizdə Mixail Saakaşvilini rəsmən göstərəcəyik. Bundan əvvəl heç bir şəkildə görünməməlidir. Gürcüstandadır. Batumidədir, sözünə əməl edərək böyük bir açıqlama verib. İndi söz bizdədir”, – Dumbadze vurğulayıb.

***

13:29

Müxalif “Milli hərəkat” partiyasının üzvü Tina Bokuçava bildirib ki, eks-prezident Mixail Saakaşvili “tezliklə publika qarşısında görünəcək”, amma bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib.

Bu arada sosial şəbəkələrdə Gürcüstan DİN-in xüsusi təyinatlılarının Batumiyə yola düşdüyünü əks etdirən kadrlar yayılıb. Hakimiyyət Saakaşvilinin qayıtdığını təsdiqləməsə də belə görünür ki, onun həbsi üçün xüsusi əməliyyat hazırlanır.

 

***

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıtdığına inanmır. “Heç bir informasiya yoxdur, bütün bunların növbəti klounada olmasından savayı…Nəyə görə siz yalan informasiyanı yayırsınız? Mənə sübut edin ki, o Gürcüstandadır”,-hakim “Gürcü arzusu” partiyasından deputat Givi Mikanadze jurnalistlərə bildirib.

Hakim partiyanın sədri İrakli Kobaxidze də Saakaşvilinin ölkəyə qayıtdığını təkzib edib. “Saakaşvili Batumidə deyil. Video Gürcüstanda çəkilməyib. Bu, mənim deyə biləcəklərimdir… Təəssüf ki, Saakaşvili Gürcüstanda yoxdur və onun saxlanılması yenə də müəyyən vaxta təxirə düşür. Gəlsəydi indi həbsxanada olardı. Bu, başdan ayağa klounadadır”,-o deyib.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Saakaşvilinin ölkə sərhədlərini keçmədiyini açıqlamışdı.

“Sputnik Gürcüstan” agentliyi isə bildirir ki, Saakaşvilinin ölkəyə dəniz yolu ilə, qeyri-leqal daxil olduğu istisna deyil. Belə ki, ötən gün axşam  qasırğanın olmasına baxmayaraq Batumi limanına Rumıniyadan və Ukraynadan iki yük gəmisi yan alıb. Həmin gəmilərdən birində Saakaşvilinin də olması istisna deyil.

***

Batumidə olduğunu bəyan edən Mixail Saakaşvili 2 və 3 oktyabr tarixlərində Tbilisidə olacağını açıqlayıb və insanları şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşmağa çağırıb.

“Oktyabrın 2 -də hamımız Gürcüstanı xilas etmək üçün seçkiyə getməliyik. Oktyabrın 3 -də səhər gəlin bütün Gürcüstan Tbilisiyə köçsün ki, kolonlar çox olsun və məni dayandıra bilməsinlər. Mən də bu kolonlardan birinə qoşulacağam. Məni dayandıra bilməsinlər deyə, kolonları çoxsaylı və güclü etməyinizi xahiş edirəm … Mən geri çəkilməyəcəyəm, ümid edirəm ki, siz də olacaqsınız ”, – Saakaşvili Facebook səhifəsində paylaşdığı müraciətdə deyib.

“Sizə ümid edirəm. Görürsünüz, hər şeyi – həyatımı, azadlığımı bura gəlmək üçün riskə atdım. Sizdən yalnız bir şey tələb edirəm – seçkiyə gəlin. Qorxmayın, təslim olmayın. Uğur qazanacağımıza inanıram,” – Saakaşvili bəyan edib.

Qeyd edək ki, hakim “Gürcü arzusu” partiyası Saakaşvilinin vədini yerinə yetirə bildiyinə və gizli şəkildə vətəninə qayıtdığına inanmadıqlarını söyləyiblər. Bu barədə “Sputnik-Gruziya” xəbər verir.

“Birincisi, Saakaşvili Gürcüstanda deyil. İkincisi, bu adam təlxəkdir. Bunu sizə dünən də demişəm. Üçüncüsü, o Gürcüstanda olsaydı yaxşı olardı, çünki bu halda bütün Gürcüstan cəmiyyəti görərdi ki, o kloundur”, – hakim partiyasının lideri İraklı Kobaxidze söyləyib.

“Mixail Saakaşvili hazırda Gürcüstandadır. Ofisinin rəhbəri olaraq bunu təsdiq edə bilərəm”. Bunu öz növbəsində Saakaşvilinin təsis etdiyi “Sadə Qərarlar və Nəticələr Ofisi” ictimai təşkilatının rəhbəri Maria Barabaş söyləyib.

***

10:42

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Batumidədir. Bu barədə siyasətçi feysbukda paylaşdığı müraciətdə məlumat verib.

***

 

 

09:42

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, Saakaşvili qayıdan kimi birbaşa aeroportdan həbsxanaya aparılacaq.

İndi isə Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, Saakaşvilinin ölkəyə qayıtması barədə onlarda məlumat yoxdur və keçmiş prezidentin hazırda harada olduğu nazirliyə məlum deyil.

Xatırladaq ki, sabah oktyabrın 2-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Bu seçkiləri izləmək üçün avropalı müşahidəçilər artıq ölkəyə gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki