Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstana qayıtmağa hazır olduğunu söyləyən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini qorxaq və narkoman adlandırıb.
Veteninfo.az xəbər verir ki,onun sözlərinə görə, Saakaşvili heç vaxt Gürcüstana qayıda bilməyəcək:
“Hər hansı bir təcrübəsiz polis narkotikin təsiri altında olduğunu başa düşür. Saakaşvilini maraqlandırmır, sadəcə o cəfəng adamın dedikləri kimi. Hələ də narkotikdən fəal şəkildə istifadə edir. Dozdan asılı olaraq bəzən tonu yüksəlir, bəzən aşağı düşür. Biz bilirik ki, Saakaşvili sadəcə qorxaqdır, Gürcüstana gələ bilməz və gəlsə dərhal həbsxanaya gedəcək və ölkədə heç kim bu prosesə qarşı çıxa bilməyəcək”.
Qegd edək ki,Saakaşvilinin bəyanatında bildirmişdi ki, Oktyabrın 2 -də keçiriləcək yerli seçkilərdə iştirak üçün Gürcüstan qsyıdacaq.


























