“Sabahın alimləri” XII respublika müsabiqəsi uğurla başa çatıb. Vətəninfo.az xəbər verir ki, müsabiqədə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri böyük uğur əldə ediblər. Liseyin 3 şagirdi yüksək mükafat əldə ediblər.
Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Məhəmməd Abbaslı – Qızıl medal, Günəş Cəfərova və Ayan Məcidzadə isə bu müsabiqədə bürünc medal qazanıblar. Liseyin müsabiqədəki uğurları ilə bağlı Akademik Zərifə Əliyeva adına liseyin Həmkarlar təşkilatının sədri, tarix müəllimi Pərviz Ağalarov şagirdlərin uğur qazandığı lahiyə haqqında əməkdaşımıza bunları bildirib.
” Bu liseyimizin şagirdklərinin uğur qazandığı müsabiqələrdən biridir. Bu müsabiqədə şagirdlərimizin layihələri belə idi.
Layihə 1 – Qızıl medal:
Kateqoriya: Mühəndislik
Ad, soyad: Məhəmməd Abbaslı
Mövzu: Smart rescue and firefighter machine(SRFM)
Layihə rəhbəri: Rəfiqə Bağırova
Layihə 2-Bürünc medal
Kateqoriya: Kimya
Ad, soyad: Gunəş Cəfərova, Ayan Məcidzadə
Mövzu: Günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi üçün TiO2 əsasında fotoanod materialının sintezi
Layihə rəhbəri: Sadiq Həmidov
Layihə 3
Kateqoriya: Riyaziyyat
Ad, soyad: Nicat Əzizov
Mövzu: Параметрические критерии в определение достоверности данных полученных при проведении экспериментов в медицине и биологии
Layihə rəhbəri: Samirə Məsimova
Layihə 4
Kateqoriya: Riyaziyyat
Ad, soyad: Nüranə Əliyeva, Süsən İsgəndərli
Mövzu: Həndəsi kəsmə məsələlərinin yeni həll üsulları
Layihə rəhbəri: Faiq Əliyev
Layihə 5
Kateqoriya: Mühəndislik
Ad, soyad: Heyran Həsənova, Əli Əkbər
Mövzu: EMSES Faydalı Enerji Mənbəyi
Layihə rəhbəri: Kəmalə Rəsullu
Layihə 6
Kateqoriya: mühəndislik
Ad, soyad: Mədinə Cəfərzadə, Əminə Məmmədli
Mövzu: Smartfonlarla pyezoelektrik maddələrin hibrid şəklində elektrik generasiyası
Layihə rəhbəri: Ərtuğrul Qayıbov
Şagirdlərimizin və müəllimlərimizi bu uğur münasibətilə təbrik edirəm. Bütün komandalarınıza və layihə rəhbərlərinə liseyimizin rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk. Əlbəttə qalib olmaq daha fərqli hisdir.
Şagirdlərimizin böyük marağına, yaradıcı elmi axtarışlarına səbəb olan bu möhtəşəm müsabiqənin təşkilatçılarına – Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və “BP Azərbaycan” şirkətinə təşəkkür edirik.”