image-133207615_1344719495870676_2496600910461849995_nbackend

Sabiq deputat partiya sədrini məhkəməyə verir-ŞƏR VƏ BÖHTANA GÖRƏ

image-reklam_sirab_01
Veteninfo.az xəbər verir ki. bir neçə gün öncə Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov internet televiziyalarından  “Laf Tv”də çıxış edərək,sabiq millət vəkili Gülər Mikayılqızı və Rusiya Federasiyasında yaşayan Fuad Rzayevlə bağlı müxtəlif fimkirlər səsləndirib.O çıxışında Gülər Mikayılqızını (Əhmədovanı)  Ramiz Mehdiyevin adamı olmaqla yanaşı,eyni zamanda R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın şillə vuranı,adam öldürəni.adam zəhərləyəni kimi təqdim etməklə yanaşı,həm də sabiq millət vəkilini mafiya başçısı kimi təqdim edib. Gülər Mikayılqızı haqqında partiya sədri tərəfindən səsləndirilən ciddi ittihamlarla bağlı açıqlama verməsə də,özünün sosial şəbəkədəki hesabında yaydığı açıqlamada bildirilir ki, Laf Tv-də Elşad Abdullayevin yeni sözçüsü Əflan İbrahimov xeyli ağır ittihamlarla  onu şərləyib..
“Hörmətli vəkilimiz Adem Memmedov la məsləhət etdik . Məhkəməyə müraciət etmək qərarı verdik.Xahiş edirəm,suallarınızı Adem müəllimə unvanlayasiniz”.
Eyni zamanda Müstəqil Xalq Partiyası sədrinin çıxışında adını hallandırdığı şəxslərdən Fuad Rzayev müxbirimizə bildirib ki, Əflan İbrahimov hazırda fransada mühacir həyat yaşayan Elşad Abdullayevin göndərdiyi 2500 ABŞ dolları hesabına danışır: “Məndə məlumat vardır ki, Bakı Dövlət Univeristetində bir vaxtlar işləmiş, Tahir Cəfərli adlı şəxs vasitəsi ilə Elşad Abdullayev  2500 ABŞ dolları pulu  Əflan İbrahimova çatdırıb. Bu adam da ona verilən pulun qarşılığında orda-burda şər və böhtan atmaqla məşğuldu.Mən Rusiya Federasiyası vətəndaşı olsam da, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına istinad edərək, bu partiya sədri haqqında Azərbaycan məhkəmələrində hüquqlarımın qorunmasına,Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov tərəfindən barəmdə şər və böhtan atdığına görə cavab verməsinə çalışacam”.
https://www.youtube.com/watch?v=tk_OAlnSiRY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki