image-modern-az-11-06-2021-1623395767backend

Sahibə Qafarova: Azərbaycan böyük coğrafiyada söz sahibidir

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar iclasında 15 iyun Qurtuluş günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Veteninfo.az-ın xəbərinə görə, sədr bildirib ki 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması Azərbaycanı uçurumun bir addımlığından xilas edib:
“Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 il işğaldan sonra ərazi bütövlüyümüz təmin edildi. Bu, Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan böyük coğrafiyada söz sahibi olan dövlətdir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki