image-reklam-veteninfo
image-366539612_591792653159061_3060291128841879577_nbackend

Şahin Bərzgər: “Urmu gölü və Araz çayı fars rejimin və ermənilərin qurbanına çevrilib”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, GADTB xəbər verir ki, Təbrizli milli və vətəndaş cəmiyyəti fəalı Şahin Bərzgər özünün sosial media hesabında yazıb:
“Totalitarizm hakimiyyətdən istifadə edən və cəmiyyətdə vahimə yaratmaq prinsipi ilə bütün siyasi, sosial, iqtisadi, mədəni və s. işlərə müstəsna şəkildə və boğucu atmosfer yaradaraq qarışan rejimlərə xas xüsusiyyətdir.
Ekoloji məsələlərdə totalitar rejimlərin dağıdıcı addımlarına misal olaraq Tehran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulması və işğalçı Yerevan hökumətinin Araz çayını çirkləndirməsini göstərmək olar.
Hər iki rejim Azərbaycan türk xalqını hər cür təhlükəli xəstəliklərlə öz yurdlarından didərgin salmağa və tədricən qırğına verməyə çalışır.
Bu rejimlərin həmin çirkin və qeyri-insani siyasətinə etiraz edən vətəndaş cəmiyyəti fəalları isə saxta səbəblərlə tutularaq həbsə atılır.
Şübhəsiz ki, yüz ilə yaxındır ki, totalitar mərkəzçi Tehran rejiminin əsarətində olan Azərbaycan türk milləti zalımların açıq-aşkar vəhşilikləri qarşısında səssiz qalmayıb və doğru vaxtda bütün haqsızlıqlara və zülmlərə qətiyyətli cavab verəcək.
İndi artıq Azərbaycanın milli hərəkatına qarşı dura biləcək heç bir çəkindirici qüvvə və güc yoxdur və Azərbaycan bütün gücü ilə azadlığa və son qurtuluşa doğru irəliləyir.
Yaşasın azadlıq, yaşasın Azərbaycan!”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki