image-60backend

“Şəhid ailələrinin pulunu kəsəndə Xudayarın nəğməsini xatırlayın” – Deputat məmurlara səsləndi

image-reklam_sirab_01

“Şəhid ailələri, qazi və veteranları çıx incidirlər. Qazilərin bəzilərinin hazırda işləmək imkanı yoxdur. Veteranların 80 manat müavinəti hələ də verilmir”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Kərimli deyib.

“Bəzi məmurlara deyirəm ki, heç kimin dədə – babası əvvəldən varlı olmayıb. Qaziləri incidən məmurlar yemək yeyəndə, övladının başına sığal çəkəndə düşünsünlər ki, analar var ki cənnət qoxulu şəhid övladının qəbir daşını sığallayır, nə qədər cavan qızımız dul qalıb. Məmurlar qanunsuzluğa yol verib şəhid ailələrinin, qazilərin müavinətini kəsəndə Xudayarın nəğməsini yada salsınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki