image-reklam-veteninfo
image-timthumbbackend

“Şənbə günü Çarlz Mişel və Əliyevlə görüşəcəyəm” – Nikol Paşinyan

image-reklam-veteninfo

Ermənistan hökumətinin iclası zamanı Nikol Paşinyan  baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycanın  baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Ermənistan və Azərbaycan sərhədində sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komitənin dördüncü iclasının keçirildiyini açıqlayıb. Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan şənbə günü iyulun 15-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini açıqlayıb.

“Mənim Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti ilə görüşüm şənbə günü Brüsseldə nəzərdə tutulub, mən həmin görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş əldə olunacaq”, – Paşinyan bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki